Sərhəddə saxlanılan ermənilər sərbəst buraxılıb

26 Sentyabr 2012 07:47 (UTC+04:00)
Azərbaycan sərhəddində saxlanılan Gürcüstan vətəndaşı olan ermənilər sərbəst buraxılıb. Bu barədə məlumatı Ermənistanın Gürcüstandakı səfiri Ovanes Manukyan ponarama.am saytına açıqlamasında bildirib.

Səfir ermənilərin artıq evlərində olduğunu də əlavə edərək saxlananların hələ sentyabrın 24-də azad edildiyini qeyd edib. Manukyan bildirib ki, baş verən insidentdən dərhal sonra Ermənistan səfirliyi Gürcüstanın əlaqədar qurumları ilə əlaqə saxlayıb.

Gürcü tərəfi də öz növbəsində Azərbaycanın əlaqədar qurumları ilə əlaqə saxlayaraq insidenti həll edib.

E.Əlosmanqızı
AzNews.az