Ceyms Bondun yeni avtomobilinin adı bəlli oldu - FOTO+VİDEO
4 Dekabr 2014 16:30 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "The Hollywood Reporter" saytı yayıb.
Məlumatda deyilir ki, Ceyms Bond "Aston Martin DB10" markalı avtomobilə daha üstünlük verib.

"Pinewood" studiyası Ceyms Bondun yeni filminin adının "Spektr" (Spectre) olduğunu vurğulayıb.
Yeni filmdə çəkiləcək əsas aktyorların da adları bəlli olub: Kristof Valç, Lea Seydu və Monika Beluççi.
Baş qəhrəmanın rolunu isə 4-cü dəfə Deniel Kreyq canlandıracaq.

Filmin ilk nümayişi Böyük Britaniyada 2015-ci il oktyabr ayının 23-də, ABŞ-da isə noyabr ayının 6-da baş tutacaq.