Qarabağda Ermənistan əsgəri öldü

4 Dekabr 2014 21:40 (UTC+04:00)
Dağlıq Qarabağ münaqişə zonasında daha bir erməni hərbçisi öldürülüb. Musavat.com-un erməni informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə separatçı rejimin "ordusunun mətbuat xidməti" məlumat yayıb.

Xəbərdə bildirilir ki, dekabrın 4-də təmas xəttinin şərq istiqamətində 1995-ci il təvəllüdlü Artur Markaryan aldığı güllə yarasından dünyasını dəyişib.