“Rus əsgərləri yenə də Ukraynada həlak olur” - Kerri

4 Dekabr 2014 23:07 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri İsveçrənin Bazel şəhərində deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın şərqinə silah göndərməkdə davam edir.
"Beləliklə, Rusiya üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmir. Rəsmi Moskva unudur ki, ATƏT-in bir çox sənədlərinə qol çəkib", - deyə Kerri əlavə edib.