Erməni direktor Gürcüstanı hiddətləndirib

26 Sentyabr 2012 08:26 (UTC+04:00)
Gürcüstanın Axalkalaki bölgəsindəki məktəbdə baş verən qalmaqal bütün ölkəni silkələyib. Səbəb məktəb direktoru olan Karine Naqatakyanın qız şagirdlərlə etikadan kənar davranışı olub.

Hər şey məktəbdə kanalizasiya borularının tutulması ilə başlayıb. Erməni direktor bu hadisədə 7-ci sinifdən yuxarı qızları günahlandırıb. Qız şagirdləri akt zalına toplayan direktorun onların ətəklərini qaldıraraq alt paltarlarına baxması valideynləri hiddətləndirib.

Slaq.am saytının məlumatına görə, valideynlər Təhsil Nazirliyinin yerli idarəsinə şikayət məktubu göndərərək direktorun işdən azad edilməsini tələb ediblər. Direktor da ölkədə böyük qalmaqala səbəb olan hadisədən sonra vəzifəsindən imtina edib.

E.Əlosmanqızı
AzNews.az