“Bandotdel”in yeni rəisi kadr dəyişikliyi etdi - Özəl
6 Dekabr 2014 10:02 (UTC+04:00)
AzNews.az-ın əldə etdiyi məlumata görə, o, idarənin Terrorizm və Banditizmə qarşı Mübarizə şöbəsinə yeni rəis təyin edib. S.Əzimov bu posta keçmiş işçisi, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşını gətirib.
Yeni təyinat şəxsin adı və soyadı bizə məlum olsa da, həmin şöbə məxfi hesab olunduğundan onun ad və soyadını açıqlamağı məqbul hesab etmirik.
Qeyd edək ki, Mirqafar Seyidovun yerinə təyin edilən Seyfulla Əzimov Quba Rayon Polis Şöbəsinin rəisi olub.
O, Quba Rayon Polis Şöbəsinə rəis təyin olunmazdan öncə isə Nəsimi Rayon 22-ci polis bölməsinin rəisi vəzifəsində çalışıb.
AzNews.az