Qaya Əliyevin ironiyası: “Mirmahmud bəyi “Google”-da axtarın”

26 Sentyabr 2012 10:38 (UTC+04:00)
Mətbuatda yayılan məlumatlara görə, KXCP sədri Mirmahmud Mirəlioğlunun ardınca Rusiyaya xüsusi qrup göndərilib. Azərbaycan Hüquq Mühafizə Orqanları M.Mirəlioğlunun təhvil verilməsi ilə bağlı Rusiya Mühafizə orqanlarına müraciət edib. Mirəlioğlunu Bakıya gətirmək üçün işlər aparılır.

Məsələ ilə bağlı KXCP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Qaya Əliyevlə əlaqə saxladıq. O, AzNews.az-a partiya sədrinin harada olmasından xəbərsiz olduğunu bildirdi.

Onun sözlərinə görə, "Mirmahmud bəy haradadır" sualının cavabı "Əhməd haradadır" filminin süjeti qədər sadə deyil: "Sədrin harada olması sualı mənə tez-tez ünvanlanır. Mənim bu suala bir cavabım var. "Google" firması tərəfindən "Google Earth" adlı çox işlək bir proqram istehsal olunub. Yaxşı olar ki, Mirmahmud bəyi "Google Earth"-də axtarasınız".

İlkin
AzNews.az