Cəbhədə Ermənistan hərbçisi öldürülüb

26 Sentyabr 2012 11:15 (UTC+04:00)
Cəbhə xəttində Ermənistan Ordusunun bir hərbçisi öldürülüb. Bu barədə APA Ermənistan KİV-lərinə istinadən məlumat verib. Hadisə sentyabrın 25-də baş verib. Səhər saatlarında cəbhə xəttində baş vermiş atışma zamanı 1993-cü il təvəllüdlü Vaqinak Baqdasaryan Azərbaycan snayperlərinin açdığı atəş nəticəsində ölüb.

Qeyd edək ki, ilin əvvəlindən indiyədək cəbhə xəttində təxribatlar törətməyə cəhd edən Ermənistan ordusunun 40-a yaxın əsgəri Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib. Həmçinin 30-a yaxın əsgər açılan atəş və mina partlayışlarından yaralanıb.

AzNews.az