Di Kaprio bardan 20 qızla ayrıldı
9 Dekabr 2014 16:11 (UTC+04:00)
Hollivud ulduzu tədbiri qeyd etmək üçün Saus-Biç rayonunda yerləşən bara yollanıb və səhərə kimi orda əylənib. Çıxanda isə 20 qızı özüylə aparıb.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "New York Daily News" saytı yayıb.
Məlumatda deyilir ki, barda Leonardo Di Kaprionun yanında bir müddətdir görüşdüyü 22 yaşlı model Toni Garr olmayıb.
Aktyor barda təzə subaylığın keyfini sürüb.
Di Kaprionun dostu isə Kaprionun əylənməsilə bağlı bunları deyib: "Mətbuatın gəldiyini eşidincə bardan 20 qızla birlikdə ayrıldı. Çox xoşbəxt idi, sanki modellər dənizində üzürdü. Onun üzünü görməliydiniz, inanılmaz sevincli görsənirdi".