Baş Qərargah partladıldı - Nazir yaralandı

26 Sentyabr 2012 13:27 (UTC+04:00)
Bu gün səhər saatlarında Suriyanın paytaxtı Dəməşq şəhərində 2 güclü partlayış baş verib. AzNews.az-ın interfax.ru saytına istinadən verdiyi xəbərə görə, partlayışlardan biri, Baş Qərargahın binası yaxınlığında baş verib. Verilən məlumata görə, partlayışdan sonra güclü yanğın baş verib. Üsyançılarla hökumət qüvvələri arasında isə silahlı toqquşmanın davam etdiyi bildirilir.

Şahidlərin sözlərinə görə, partlayış o qədər güclü olub ki, ətrafda yerləşən binaların əksəriyyətinin pəncərələri sınıb. Azad Suriya Ordusu onlarla insanın öldüyü barədə məlumat yaysa da, hökumət televiziyası ölənlərin olmasını təkzib edib.

Bildirilib ki, partlayış nəticəsində sadəcə binaya ciddi zərər dəyib. Ölən və yaralananlar olmayıb.
Qeyd edək ki, partlayışa görə, məsuliyyəti Azad Suriya Ordusu öz üzərinə götürüb. Nəzərinizə çatdıraq ki, partlayış nəticəsində Suriya Müdafiə naziri Faxid Casem Əl-Fureydin yaralandığı barədə məlumatlar gəlməkdədir.

Sadiq Musa
AzNews.az