Dünyanın ən balaca kitabı yaradıldı

10 Dekabr 2014 13:44 (UTC+04:00)


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, ata və oğul 0,644 x 0,660 mm ölçülü "Rusiya himninin mətni" kitabını hazırlayıblar. Bununla onlar yaponların 2013-cü ildə 0,75 x 0,75 mm ölçüsündə nəşrinin rekordunu sındırıblar.



"Kitab sərt qızıl örtüyə, 8 səhifəyə (6 səhifədə Rusiyanın himninin mətni yerləşdirilib (boşluqlarla cəmi 808 işarə), başlanğıc səhifəyə və Rusiyanın gerbi formasında illüstrasiyaya malikdir",- deyə məlumatda bildirilir.

Mini-kitabın bir nümunəsini müəlliflər Rusiya prezidenti Vladimir Putinə hədiyyə etməyi planlaşdırırlar.

Aydan Axundova
AzNews.az