Rus məmurlarının varlı həyat yoldaşları – FOTOLAR

10 Dekabr 2014 16:06 (UTC+04:00)


AzNews.az xəbər verir ki, "Vahid Rusiya" partiyasının üzvü, Nijnenovqorod şəhərinin meri Oleq Sorokinin həyat yoldaşı Elada Naqornaya artıq 2-ci ildir ki, "Qızıl ledilər" müsabiqəsinin qalibi elan edilib. Onun bu il qazancı 1 milyard 734 milyon rubl olub. Eladanın 2012-ci ildə qazancının 1.5 milyard rubl olduğu deyilir.

Ancaq Elada bu haqda mediaya heç bir deklorasiya təqdim etməyib.

Deklorasiya təqdim edən ledilər arasında isə ilk üçlükdə aşağıdakı xanımlar yer alıb:
1.Olqa Boqomaz, Dövlət Dumasının deputatı Aleksandr Boqomazın həyat yoldaşı. 2013-cü ildə qazancı 452.43 milyon rubl olub.

2.Olqa Şuvalova, Baş nazirin müavini İqor Şuvalovun həyat yoldaşı. 2013-cü ildə qazancı 237.15 milyon rubl olub.

3.Lyubov Yanova, Çelyabinsk Qanun Məclisinin deputatı Nikolay Yanovun həyat yoldaşı. 2013-cü ildə qazancı 229.80 milyon rubl olub.