Anarın imza günü olacaq - Açıqlama
11 Dekabr 2014 11:52 (UTC+04:00)
Bu barədə AzNews.az-a Yazıçılar Birliyinin sədr köməkçisi Rauf Aslanov məlumat verib.
Onun sözlərinə görə, tədbir Yazıçılar Birliyinin "Natəvan" klubunda baş tutacaq: "Anarın "Göz muncuğu" kitabının imza günüdür. Kim istəyir, gəlib həmin kitabı ala bilər".
Qeyd edək ki, "İmza günü" dekabr ayının 17-də saat 14.00-da olacaq.
Bahar RÜSTƏMLİ
AzNews.az