20 keçi, 10 inək və 3 dəvəyə satılan qızlar- FOTOLAR
12 Dekabr 2014 08:16 (UTC+04:00)

Planlaşdırılmış nikahın qurbanı olan qızlar izləmək üçün getdikləri ənənəvi toy mərasiminin ortasında əri tərəfindən sürüklənərək aparıldığı zaman bu toyun başqası üçün deyil, onun özü üçün çalındığını öyrənirlər.

Satılan qızlar atası nikahı planlaşdırdığı gündən toy mərasimi baş tutana kimi 1 ay kənddən təcrid olunmuş şəkildə başqa yerdə yaşayırlar.

Bu qızlara əri tərəfindən məcburi aparılana kimi satıldıqları barədə heç nə deyilmir, çünki evdən qaçacaqlarından qorxurlar.

"Qadınlığa keçid" mərasimi hesab olunan bu mərasim zamanı qızlar inəyi öldürülmədən əvvəl tabeçilik üçün yumruqlayır.

Fotoda əri tərəfindən sürüklənərək zorla ər evinə aparılan qızın isə cəmi 14 yaşı var.

20 keçi, 10 inək və 3 dəvə qarşılığında atası tərəfindən satılıb.

Onu da qeyd edək ki, bu qəbilədə qadın sünnəti də normal qəbul olunur.(Ailem.az)


