Səbinə Babayeva və həyat yoldaşı jurnalistlərə sayğı göstərdi– FOTO

27 Sentyabr 2012 10:12 (UTC+04:00)
Dünən "Eurovision 2012" təmsilçimiz Səbinə Babayeva ilə İctimai Televiziyada rejissor vəzifəsində çalışan Cavidan Şərifovun toyu olub.

AzNews.az-ın məlumatına görə, cütlüyün toy mərasimində Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər. Onların arasında Nura Suri, Elnur Məmmədov, Rüstəm Zeyanllının rəhbəri olduğu "Şeron" qrupu, Murad Arif, Elnarə Xəlilova, Lalə Məmmədova və başqaları olub.

C.Şərifov toydan əvvəl açıqlamasında bildirib ki, toy mərasiminə KİV nümayəndələri burxılmayacaq. Amma buna baxmayaraq, təzə bəy toy zamanı fikrindən daşınıb. Cütlük jurnalistlərə hörmətlə yanaşıblar.

Fuad Mədətov
AzNews.az