Məsciddə fəaliyyət göstərən axund İŞİD-ə qoşuldu
12 Dekabr 2014 18:02 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, bu barədə Türkiyə baş nazirinin müavini Bülənt Arınc açıqlama verib.
Onun sözlərinə görə, axund fəaliyyət göstərdiyi məsciddə insanları üstüörtülü şəkildə İŞİD-ə qoşulmağa dəvət edirmiş. əməliyyat nəticəsində o, aşkarlanaraq işindən uzaqlaşdırılıb.
"Təəssüflər olsun ki, Çanaqqalada Bayramiç vilayətindəki məscidlədən birinin axundu İŞİD-çilərə qoşulduğu aşkarlanıb. O, öz vəzifəsindən azad edilib. Başqa vilayətlərimizdə İŞİD-ə qoşulan axundlarımızın nə qədər olduğu barədə heç bir məlumatım yoxdur. Lakin axundlarımızın ölkəni tərk edərək terrorçulara qoşulması xəbərləri bizi dərindən narahat edir", - deyə Bülənt Arınc bildirib.
AzNews.az