Zamiq oğlan həmkarını heyrətləndirib – VİDEO

27 Sentyabr 2012 11:42 (UTC+04:00)
Müğənni Zamiqin kumiri azərbaycanlı həmkarıdır. AzNews.az-ın məlumatına görə, "Qeyri-adi" və "Nağıllar" mahnıları ilə tanınan müğənni Elvin Abbasov öz kumiri haqda danışıb.

E.Abbasov bəzi gənc müğənnilərdən fərqli olaraq kumirinin də gənc olmağına baxmayaraq, onun adını çəkməkdən çəkinmədi. Hər zaman geyim tərzinə və görünüşünə xüsusi diqqət verən müğənni etiraf edib:

"Yerli şou-biznesdə həm geyimini, həm də ifasını bəyəndiyim müğənni Zamiqdir. Onu özümün kumiri belə saya bilərəm. Çünki ən azı onun qədər sevilmək istərdim".



Fuad Mədətov
AzNews.az