Bu heyvanların nəsli tükəndi
15 Dekabr 2014 11:21 (UTC+04:00)
AzNews.az xəbər verir ki, heyvanın ölməsi barədə məlumat Kaliforniya ştatının San-Dieqo zooparkının "Twitter" hesabında yer alıb.
Anqalifu ABŞ-a Sudandan gətirilib. 44 yaşlı Anqalifu təbii səbəblərdən ölüb. Zooloqlar nadir heyvanın nəsil artımını davam etdirmək istəyiblər. Lakin bu, mümkün olmayıb.
San-Dieqo İnstitunun ətraf mühitin mühafizəsi və tədqiqi üzrə əməkdaşların ölən kərgədanın toxumlarının qaldığını vurğulayıb. Onlar həmin toxumlardan bu yarımnövün dişilərini mayalandırmaq üçün istifadə etmək istəyirlər.
Qeyd edək ki, hələ 1960-cı ildə bu yarımnövün sayı 2250 olub. Onların belə kütləvi qırılmasına əsas səbəb brokonyerlər olub. Bu heyvanların buynuzlarının şəfaverici xüsusiyyətlərə malik olduğu deyilir. Buna görə də, o, qara bazarda yüksək qiymətləndirilir. Onların cənub yarımnövündən başlıca fərqi daha iri olmalarıdır.
Ümumiyyətlə, fildən sonra şimali ağ kərgədan quruda yaşayan ən nəhəng heyvan hesab edilir.
Aydan Axundova
AzNews.az