Teatrda “Qızıl toy” olacaq

27 Sentyabr 2012 13:31 (UTC+04:00)
Musiqili Komediya Teatrının səhnəsində "Qızıl toy" olacaq. Bunu AzNews.az-a teatrın mətbuat xidmətinin rəhbəri Ağca Muxtarova dedi.

Qeyd edək ki, Oqtay Kazimi və Ramiz Heydərin "Qızıl toy"u əsəri Yusif Heydərin quruluşunda təqdim olunacaq. Dirjor Nazim Hacıəlibəyov, rəssamı Nəvaim Məmmədli, baletmestlər ZakirYelena Ağayevdir.

Tamaşada Emma Məlikova, Ələkbər Əliyev, Əzizağa Əzizov, Çingiz Əhmədov, Əliməmməd Novruzov oynayacaqlar. Hazırda tamaşa ilə bağlı məşq prosesi gedir.

Bahar
AzNews.az