Bu pişik necə varlandı? – FOTOLAR

15 Dekabr 2014 19:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu yaxınlarda "Souca Tardar" ləqəbli pişiyin sahibi Tabata Bandesen vurğulayıb ki, pişik təkcə 2 il ərzində onun bank hesabına 100 milyon dollar yatırıb.

Aktyorlardan Leonardo Di Kaprio ötən il 37, Cennifer Eniston 31, Ancelina Coli isə cəmi 18 milyon dollar qazanıb.

Hər şey isə pişiyin sosial şəbəkədə yayılan şəkilindən başlayıb. Facebook sosial şəbəkəsində pişiyin şəxsi səhifəsində 300 mindən çox izləyicisi var. Artıq bu pişik Hollivudun axşam tədbirlərində iştirak edir, sərgi və teleşouya qoşulur.

Pişik "Friskies" brendinin reklamına çəkilib və onunla sərfəli müqavilə "imzalayıb".
Bir il əvvəl isə pişik özünün "A Grumpy Book" (Hirsli kitab) adlı kitabını dərc "etdirib".

Kitabda yazılır ki, bir öpüşdə tualetdə oturmaqdan daha çox mikrob olur.













AzNews.az