Nizami Gəncəvi dünya kitabxanalarında

27 Sentyabr 2012 14:17 (UTC+04:00)
Oktyabrın 2-də AMEA Mərkəzi Elmi Kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş "Nizami Gəncəvi dünya kitabxanalarında" mövzusunda tədbir keçiriləcək.

Tədbirdə AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA Gəncə Regional Elmi Mərkəzinin nəzdində yaradılan Nizami Gəncəvi Mərkəzinin ali idarəetmə strukturu olan Himayədarlar Şurasında Türkiyə, ABŞ, Misir, Hindistan, Qırğızıstan, Gürcüstan və başqa ölkələri təmsil edən tanınmış ziyalılar iştirak edəcək.

Qeyd edək ki, MEK-in direktoru, fil.e.d Aybəniz Əliyeva-Kəngərli Himayədarlar Şurasının üzvü seçilib. O, sentyabrın 29-da Şuranın Gəncədə keçiriləcək ilk iclasında iştirak edəcəkdir. Mərkəzdə N.Gəncəvinin həyat və yaradıcılığını əks etdirən sərgi də nümayiş etdiriləcək.

E.Əlosmanqızı
AzNews.az