Ulviranı Rövşanə əvəz etdi

27 Sentyabr 2012 15:26 (UTC+04:00)


ANS TV-də yayımı dayandırılmış "İkinci həyat" verilişi yaxın günlərdə yenidən efirdə nümayişini bərpa edəcək. Əldə etdiyimiz məlumata görə, Ulvira Qarayevanın aparıcı olduğu verilişi bundan sonra populyarlığı ilə həmkarından heç də geri qalmayan Rövşanə Bektaşi aparacaq.

Gələn həftənin birinci günündən başlayacaq "İkinci həyat"da Rövşanə müvəqqəti efirə çıxacaq. Səbəb isə teleaparıcının hər bazar günü efirdə nümayiş olunan "Bazar səhəri" proqramından uzaqlaşmamaq istəyidir. Onu da bildirək ki, "İkinci həyat"da bəzi format dəyişikliklərinin olacağı da gözlənilir. /milli.az/

AzNews.az