Bıçağı 1 yaşlı körpəsinin boğazına dirədi- FOTOLAR
16 Dekabr 2014 21:29 (UTC+04:00)
"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kabakdere məhəlləsində qanunsuz tikilən evlərin söküntüsü başlayıb. Məhəllədə yerləşən sənədsiz bütün evlər boşaldılıb. 300-a yaxın polisin iştirak etdiyi söküntü işlərində bəzi vətəndaşlar etirazını bildirib. Kimisi mətbuat işçilərini daşlayıb, kimisi isə boğazını bıçaqla kəsmək istəyib.
Polisin evinə yaxınlaşdığını görən qadın bıçaqla boğazını yaralayıb, sonra isə bıçağı 1 yaşlı körpəsinin boğazına dirəyib.
Qadına qonşuları, polis və psixoloqlar kömək etməyə çalışsalar da, evinin sökülməsini istəməyən ana fikrindən daşınmayıb.
Polislər məcbur söküntü işlərini saxlayıblar.