Türk lirəsi bir günə 30 faiz ucuzlaşdı - Tarixi minimum
16 Dekabr 2014 23:01 (UTC+04:00)
Hərçənd çərşənbə axşamı dolların rəsmi məzənnəsi 2,3226 TL/USD səviyyəsində müəyyənləşdirilib.
Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Mərkəzi Bankının müəyyənləşdirdiyi məzənnə bazar ertəsinə nisbətən dəyişməz qalıb, lakin ötən gün birja məzənnəsi 2,4140 TL/USD təşkil edib, yəni sutka ərzində türk lirəsinin qiyməti 29,2 faiz aşağı düşüb.
Qəzetin yazdığına görə, dolların türk lirəsinə qarşı məzənnəsində sonuncu sıçrayış (2,9 TL/USD) bu ilin martına müşahidə olunub.
Nəşr türk lirəsinin hazırda ucuzlaşmasını Fətullah Gülən tərəfdarlarının həbs edilməsi ilə əlaqələndirir.
Qeyd edək ki, ötən gün Türkiyə polisi "Zaman" qəzetinin baş redaktoru Əkrəm Dumanlını saxlayıb. F.Gülənlə əlaqəsi olduğu hesab edilən "Zaman" qəzeti və "Samanyolu" telekanalının ofislərində axtarışlar aparılıb. Ə.Dumanlıdan başqa, 20-dən çox şəxs saxlanılıb.