Sevinc Babayeva həbs olundu - EKSKLÜZİV

27 Sentyabr 2012 20:10 (UTC+04:00)
Bu dəqiqələrdə AzNews.az-a daxil olan qeyri-rəsmi məlumata görə, millət vəkili Gülər Əhmədova ilə ABU-nun rektoru Elşad Abdullayevin məlum rüşvət olayında vasitəçilik edən Sevinc Babayeva həbs olunub.

Məlumat axşam saatlarında daxil olduğu üçün rəsmi qurumlarla əlaqə saxlayıb təfərrüatları öyrənmək mümkün olmayıb.

Xatırladaq ki, Azərbaycanda fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin deputat Gülər Əhmədova ilə bağlı yayınladığı video ölkə gündəmini zəbt edib. Sentyabrın 25-də internetdə açıqlanan videoda Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva da görüntülənib. Videomaterialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb.

Əli
AzNews.az