Kim Çen Inın “ölümü” haqda çəkilən film ABŞ-ı qorxuya saldı

18 Dekabr 2014 09:18 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.

Studiya bu addımı ABŞ-ın bir çox kinoteatrlarının, o cümlədən AMC, Regal, Cinemark və Carmikenin filmdən imtinasına görə atdığını deyib.

Hakerlər "Sony Pictures" şirkətinə anonim məktub yazaraq bildiriblər ki, film göstərildiyi gün Nyu-Yorkun "Sunshine Cinema" kino teatrında terakt hadisəsi törədiləcək.



"Variety" jurnalının verdiyi məlumata görə, kino şirkət filmi video disklərdə yaymaq fikrindədir.

"Müsahibə" filminin süjetində iki jurnalist Kim Çen Indan müsahibə almaq şansı qazanıb. Şimali Koreyaya getməzdən öncə onlar xüsusi xidmət orqanına daxil edilib və Şimali Koreya liderini öldürmək tapşırığını alıblar.

Qeyd edək ki, filmin ilk premyerası dekabr ayının 11-də Los-Anceles şəhərində baş tutub. Mərasimdə filmin baş qəhrəmanları Ceyms Franko və Set Roqen də iştirak edib.