Hökumətdən işıq böhranına münasibət gəldi

28 Sentyabr 2012 08:30 (UTC+04:00)


Təbii fəlakət nəticəsində işi dayanmış Mingəçevir SES-də bərpa işləri başa çatmaq üzrədir. Yaxın saatlarda SES-in işi tam bərpa olunacaq. Bu barədə Azərbaycan hökumətindən məlumat verilib. Mingəçevir Su Elektrik Stansiyasının ildırım vuran blokunda bərpa işləri aparılır.

Qeyd edək ki, Bakıda və bir sıra rayonlarda yerli vaxtla saat 07:00 radələrində elektrik enerjisinin verilməsi ilə bağlı problem yaranıb. FHN-dən öncə verilən məlumata görə, Mingəçevir SES-ə ildırım düşməsi elektrik enerjisinin kəsilməsinə səbəb olub. Elektrik enerjisinin olmaması Bakı Metropoliteninin işinə təsir göstərib. İnternetdə də problem yaranıb.

Elektrik enerjisinin olmaması Bakı işıqforlarının işinə də təsir edib. Bakının əsas yollarında yol hərəkətinin tənzimlənməsi yol polisi tərəfindən aparılır. Elektrik enerjisinin kəsilməsi mobil operatorların, televiziyanın və radionun işinə təsir göstərməyib. Hazırda elektrik enerjinin verilməsi bərpa olunub.

Ədil
AzNews.az