“Yeddi gözəl” Belorusda

28 Sentyabr 2012 12:38 (UTC+04:00)
Oktyabrın 9-da Belorus Milli Akademik Opera və Balet Teatrının səhnəsində Q.Qarayevin "Yeddi gözəl" baleti nümayiş olunacaq.

Hazırda tamaşa ilə bağlı Belorus mətbuatında geniş anonslar verilir. Minsk şəhərinin mərkəzində bu tədbiri işıqlandıran rəngli afişalar vurulub və bannerlər asılıb. Biletlərin böyük hissəsi satılıb.

Bahar
AzNews.az