İsmayıllıda 5 yaşlı qızın yanmış meyiti tapıldı
20 Dekabr 2014 17:53 (UTC+04:00)
AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, İsmayıllı rayonu, Kürdmaşı kəndində vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli, 2 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 56 kv.m sahədə və dam örtüyü 90 kv.m sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 2009-cu il təvəllüdlü Usubova Nuray Mirzə qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.