Yeni səfir də sülh dedi

28 Sentyabr 2012 12:56 (UTC+04:00)


"Təslim olmamalıyıq, çünki Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yolla həlli mümkündür". APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar danışıqların dalana dirəndiyinə dair Azərbaycan rəsmi şəxslərinin bəyanatlarını şərh edərkən deyib.

O xatırladıb ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri bilavasitə danışıqlar prosesində iştirak edir: "Mən danışıqlarda irəliləyişə nail olmaq üçün həmsədrlər və Azərbaycan tərəfi ilə birgə işi davam etdirəcəyəm".

AzNews.az