Gəncədə tələbəni maşın vurdu- VİDEO

20 Dekabr 2014 20:26 (UTC+04:00)


ANS TV-nin məlumatına görə, hadisə səhər saatlarında şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi, 23 yaşlı Bakı şəhər sakini Bayramlı Fətəli Cavanşir oğlu yolu keçmək istəyərkən VAZ markalı avtomobil tərəfindən vurulub. Xəsarət alan Fətəli Bayramlı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona sol baldırın sınığı, qarın və sifət nahiyəsinin zədələnməsi diaqnozu qoyulub.

Həkim Gündüz Tanrıverdioğlu xətənin vəziyyətinin orta- ağır kimi qiymətləndirdi.

Gəncə şəhər Baş Polis İdarəsindən bildiriblər ki, hadisəni törədən sürücünün kim olduğu məlumdur və o artıq məsuliyyətə cəlb olunub. Hazırda faktla bağlı araşdırma aparılır.