Türk əsgərləri minaya düşdü- VİDEO

22 Dekabr 2014 17:47 (UTC+04:00)

Anspres-in məlumatına görə, hadisə əsgərlər PKK məzarlığına kəşfiyyata gedərkən baş verib. Əsgərləri müşayiət edən "Kobra" tipli zirehli maşın minaya düşdükdən sonra çevrilərək aşıb.

Diyarbəkir vilayətində isə əsgərlər terror qruplaşması üzvlərinin hücumuna məruz qalıb. İnsident Diyarbəkirin Lice rayonunda milli kəşfiyyat təşkilati, jandarm və polisin birgə anti-terror əməliyyatı zamanı baş verib. Qruplaşma üzvlərinin təhlükəsizlik qüvvələri əməkdaşlarına atəş açması nəticəsində bir əsgər yaralanıb.

Təhlükəsizlik qüvvələri silahlılara atəş açmaqla cavab verib. Əks tərəfin itki verib-vermədiyi barədə isə hələlik məlumat yoxdur.