Cennifer Lopes əkizlərinin fotosunu paylaşdı
23 Dekabr 2014 11:15 (UTC+04:00)
AzNews.az xəbər verir ki, 45 yaşlı aktrisa artıq öz evində Yeni il hazırlıqlarına başlayıb.
Bunun üçün o, Yeni il yolkası bəzəyib və uşaqlarının şəkillərini yolkanın önündə çəkərək tarixin yaddaşına həkk edib.
Cennifer 6 yaşlı Maks və Emmi üçün sosial şəbəkədə "Yeni ilinizi təbrik edirəm" sözlərini yazıb.
