Məzahir Pənahov videodan danışdı: “Aydın görmək olmur, neçə bülleten atılıb”

23 Dekabr 2014 13:46 (UTC+04:00)


M.Pənahov jurnalistlərə bildirib ki, hələ həmin məsələ ilə bağlı MSK-ya müraciət daxil olmayıb: "Mən özüm həmin görüntülərə baxmışam. Orada aydın görmək olmur ki, qutuya neçə seçki bülleteni atılır. Təbii ki, biz bunu araşdıracağıq, qayda pozuntusu olub-olmaması barədə ictimaiyyətə məlumat verəcəyik. Əgər qanun pozuntusu olarsa, bunu edənlər cəzalandırılacaq".

M.Pənahov əlavə edib ki, bu gün MSK-ya qayda pozuntusunun olması ilə bağlı müraciət daxil olmayıb: "Daxil olan müraciətlər əsasən sorğu xarakterlidir".

Qeyd edək ki, həmin videoda bir nəfər şəxsin qutuya xeyli bülleten atdığı aydın şəkildə görünür. Bunu lentə alan jurnalist isə məntəqə üzvlərinin təzyiqlərinə məruz qalır.

Həmin videonu təqdim edirik: