Obama: “Kim Çen Inın filminə görə sevinirəm”
25 Dekabr 2014 09:14 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı Ağ Evin mətbuat xidməti yayıb.
"Müsahibə" filmi təkcə ABŞ-da deyil, bütün dünyada böyük ajiotaja səbəb olub.
"Guardians of Peace" haker qrupunun üzvləri filmi hazırlayan "Sony Pictures Entertainment" şirkətinin kompüter şəbəkəsinə hücum edib. Bundan sonra şirkət filmin bu günə planlaşdırılan premyerasını ləğv edib.

Ancaq buna baxmayaraq ABŞ-ın 300-ə yaxın müstəqil kinoteatrları filmi nümayiş etdirəcəklərini vurğulayıb.
Hakerlər bildirib ki, film Sony şirkəti tərəfindən nümayiş olunsa, şirkət rəhbərliyinin şəxsi informasiyaları və yazışmaları dərc ediləcək.