Tanınmış siyasi xadimlər İlham Əliyevi təbrik etdilər
25 Dekabr 2014 13:23 (UTC+04:00)
AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, təbrik məktublarında deyilir:
"Zati-aliləri, Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimi yetirirəm.
TANAP və TAP layihələrinin rəsmi açılışı münasibətilə Bakıda axırıncı görüşümüz zamanı göstərdiyiniz qonaqpərvərliyi çox böyük məmnuniyyət hissi ilə xatırlayır və təşəkkürümü bildirirəm. Beynəlxalq və Avropa gündəmi barədə toxunduğumuz bütün mühüm mövzular bizim tutduğumuz mövqelərin yaxınlığını və ölkələrimiz arasında, xüsusilə enerji və enerji təhlükəsizliyi sahəsində gələcək əməkdaşlığın vacibliyini göstərdi.
Bizim aramızda inkişaf edən etimad və dostluq münasibətləri, eləcə də Bolqarıstan və Azərbaycan arasında mükəmməl əlaqələr məndə gələcəkdə qarşılıqlı maraq dairələrinin bütün sferalarında münasibətlərin daha da dərinləşməsini davam etdirəcəyimiz inamını yaradır.
Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, möhkəm cansağlığı və rifah arzu edirəm.
Hörmətlə, Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliev".
***
"Çox hörmətli İlham Heydər oğlu, doğum günü münasibətilə mənim səmimi təbriklərimi və ən dərin ehtiramımı qəbul edin.
Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, tükənməz nikbinlik və enerji arzulayıram. Rusiyanın Həştərxan vilayətini və Azərbaycan Respublikasını birləşdirən dostluq və tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir və hərtərəfli qarşılıqlı faydalı əlaqələrin daha da genişlənəcəyinə ümid edirəm.
Sizə planlarınızı və ideyalarınızı ən qısa müddətdə həyata keçirməyi, böyük xoşbəxtlik və Azərbaycan xalqına xidmət kimi nəcib bir işdə müvəffəqiyyət arzu edirəm.
Hörmətlə, Rusiya Federasiyası Həştərxan vilayətinin Aleksandr Jilkin".
***
"Hörmətli İlham Heydər oğlu, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Mürəkkəb dövlət vəzifələrinin həllinə əzmkarlıqla yanaşmağınız, heyrətamiz işgüzarlığınız və strateji təfəkkürünüz, nəcib şəxsi keyfiyyətləriniz sayəsində Siz çoxmillətli Azərbaycan vətəndaşlarının dərin ehtiramını, dünya birliyində yüksək nüfuz qazanmısınız. Siz böyük Heydər Əliyevin işini layiqincə davam etdirərək Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni inkişafında, ölkədə siyasi sabitliyin qorunmasında və əhalinin rifah halının yüksəldilməsində sanballı uğurlara nail olmusunuz.
Dağıstanlılar Rusiya və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin inkişafına Sizin töhfənizi xüsusilə yüksək qiymətləndirirlər. Əminəm ki, bu münasibətlər bundan sonra da möhkəmlənəcək və dərinləşəcək.
Hörmətli İlham Heydər oğlu, ən gözəl arzularımızı qəbul edin. Sizə möhkəm cansağlığı, uzun illər ərzində tükənməz güc və enerji, Azərbaycan Respublikasının çiçəklənməsi naminə daha böyük uğurlar arzu edirəm.
Hörmətlə, Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov".
***
"Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Siz Cənubi Qafqazın ən gözəl ölkələrindən birinin liderisiniz. Bu ölkə ilə çoxmillətli Şimali Osetiyanı çoxdankı sıx dostluq əlaqələri birləşdirir. Bizim çoxşaxəli və səmərəli əməkdaşlığımız ildən-ilə yalnız möhkəmlənir. Bu da Qafqaz xalqlarının sülh, həmrəylik və mehriban qonşuluq şəraitində yaşamağa ümumi səylərini təsdiq edir.
Sizə səmimi qəlbdən cansağlığı, ailə xoşbəxtliyi və bütün təşəbbüslərinizin həyata keçməsini arzulayıram.
Hörmətlə, Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri Taymuraz Mamsurov".