Kim Çen Inın filmi ABŞ-da nümayiş etdirildi
25 Dekabr 2014 15:26 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bəzi kinoteatrlar filmin qecə nümayişini təşkil edib.
Çərşənbə günü Sony şirkəti kinokomediyanı internet saytında, eləcə də Google və Microsoft vasitəsilə yalnız ABŞ ərazisində mümkün olan nümayişini təşkil edib.
İlk olaraq yeni kino komediyanın ekranlara dekabrın 25-də çıxacağı güman edilirdi.
Lakin Sony Pictures-ə qarşı haker hücumundan sonra kinoşirkət filmin nümayişini təxirə salmaq qərarına gəldi.
Bu qərar ABŞ ictimaiyyəti və prezident Obama tərəfindən tənqidlə qarşılandı.
Filmdə süjeti iki jurnalistin Şimali Koreya lideri Kim Çen Indan müsahibə götürmək niyyətindən bəhs edir. Lakin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi bunu bilib, jurnalistlərə Şimali Koreya liderini öldürməyi tapşırır.
Şimali Koreya Sony şirkətinə haker hücumunun arxasında güya durduğu barədə bütün ittihamları rədd edib.