Əhmədinejat ABŞ-da İran deputatlarını söydü -VİDEO

29 Sentyabr 2012 08:48 (UTC+04:00)
İran prezidenti Əhmədinejad millət vəkillərinin ünvanına nalayiq ifadələr işlədib. Hadisə prezident BMT-nin Nyu-Yorkdakı binasına daxil olan zaman baş verib. Həmin vaxt jurnalistlər ona yaxınlaşaraq, Amerikaya 160-a yaxın nümayəndə ilə gəlməyin bəzi deputatlar tərəfindən görməmişdik kimi qiymətləndirilməsinə münasibət öyrənmək istəyib.

Əhmədinejad əvvəlcə gülərək sualı təkrar soruşub və "Eeee, düz deyirsən?" deyərək reaksiya verib. Daha sonra isə fars dilində çox xoşa gəlməyən ifadələr səsləndirib. Onun bu cavabından hamı şoka düşüb.

İndi onun bu cavabının videogörüntüsü dünya mətbuatında böyük əks-səda doğurub. İran parlamenti məsələni müzakirə edib. Prezident dəftərxanası da bəyanat verərək sözlərin düzgün anlaşılmadığını və prezidentin "oh, oh" sözlərinin söyüşlə qarışıq salındığını bildirib: "Əhmədinejatın belə ifadələr işlətməkdən xoşu gəlmir".



Alpər
AzNews.az