Mahnı Teatrı Gəncəyə gedir

29 Sentyabr 2012 10:54 (UTC+04:00)
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubiley mərasimi davam edir. Sentyabrın 30-da yubiley münasibəti ilə əlaqədar yenidən Gəncə şəhərində böyük konsert proqramı düzənlənəcək.

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək tədbirə Azərbaycan Dövlət Mahnı Teatrı da dəvətlidir. Teatrdan verilən məlumata görə, mərasimdə əməkdar artist Gülyaz və Gülyanaq Məmmədova bacıları, muğam və estrada ifaçıları iştirak edəcək.

Bahar Rüstəmli
AzNews.az