Timoşenkonun qızı bu gün evlənir- FOTOLAR

27 Dekabr 2014 22:17 (UTC+04:00)


"Qafqazinfo" rosbalt.ru-ya istinadən xəbər verir ki, Yevqeniya Timoşenko Odessadan olan iş adamı Artur Çeçetkinlə evlənir. Cütlük 3 il bundan əvvəl Odessa klublarından birində tanış olublar.

Toy mərasimi Ukraynanın paytaxtı Kiyevdəki məşhur "Olimpiyskiy" idman komplekslərində keçirilir. Yulia Timoşenko toy hədiyyələrindən imtina edib. O, həmin vəsaiti hərb sahəsinə yönəltməyi xahiş edib.

Bu, Yevqeniya Timoşenkonun ikinci evliliyidir. Onun birinci həyat yoldaşı tanınmış ingilis rokçu Şon Kar olub.