Rusiyanı daha bir təhlükə gözləyir
27 Dekabr 2014 22:21 (UTC+04:00)
Axar.az xəbər verir ki, Siluanov hökumətin büdcənin quruluşunu dəyişməməsinin böyük təhlükələrə yol açacağını deyib.
Siluanov dünən Moskvada jurnalistlərə verdiyi açıqlamada neftin 1 barrelinin 60 dollar olacağı təqdirdə Rusiya iqtisadiyyatının 2015-ci ildə 4 faizə yaxın geriləyəcəyini və istehsalın 3 faizə qədər azalacağını, büdcə kəsirlərinin artacağını bildirib.
Hər hansı bir qərarın olmayacağı durumunda iə 2016-2017-ci il ehtiyatlarını sərf edəcəklərini qeyd edən Siluanov infrastruktur və təhsil sahələrində də xərclərə yenidən baxacaqlarını vurğulayıb.
Qeyd edək ki, Rusiyanın valyuta ehtiyatlarında 19 dekabrda 398.9 milyon dollar geriləmə müşahidə edilib.