Rusiya və Ermənistan Ramil Səfərovu müzakirə edib

29 Sentyabr 2012 11:57 (UTC+04:00)
Rusiya və Ermənistanın xarici işlər nazirləri Nyu-Yorkda azərbaycanlı zabit Ramil Səfərovun ölkəyə ekstradasiyasından sonra danışıqlar prosesində yaranan vəziyyəti müzakirə edib.

Edvard Nalbadyan və Sergey Lavrovun görüşündə R.Səfərovun ölkəyə gətirilməsi və əfv edilməsinin Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində xoşagəlməz vəziyyət yaratdığı barədə fikir mübadiləsi aparılıb. Erməni mətbuatının yaydığı məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə mövzusu olub.

Elnarə Əlosmanqızı
AzNews.az