Metohəssas insanlara xoş xəbər

29 Sentyabr 2012 12:04 (UTC+04:00)
Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, günün birinci yarısında arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-20, gündüz 25-28 dərəcə isti olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,
rayonlarda da bazar günü hava şəraiti gündüz əsasən yağmursuz keçəcək. Temperaturu gecə 14-19, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnozlara görə, sentyabrın 30-dan oktyabrın 2-dək Abşeron yarımadasında davam edən nisbətən sabit və mülayim isti hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Elnarə Əlosmanqızı
AzNews.az