SENSASİYA: Çörçill islamı qəbul etmək istəyib?

29 Dekabr 2014 16:49 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı ingilis mediası yayıb.

Məlumatda deyilir ki, bu faktı sübut edən bir çox məktublar da var.

Kembric Universitetinin alimi Uorren Dokter 1907-ci ildə ledi Qvendolin Bertinin Çörçillə yazdığı məktubu aşkar edib. Həmin qadın sonradan Çörçillin qardaşı Cekə ərə gedib.

Məktubda yazılıb: "Xahiş edirəm, islamı qəbul etmə. Mən hiss etmişəm ki, səndə şərqə doğru meyllilik var. Məqsədin paşa olmaqdır". Uinston Çörçill isə cavabında belə yazıb: "Sən məni paşa hesab edirsən. Mən doğrudan da paşa olmaq istərdim".

Qeyd edək ki, Çörçill Sudanda, Hindistanın şimal-qərbində, indiki Pakistanda gedən döyüşlərdə iştirak etdiyindən islam dini və şərq xalqlarının mədəniyyətilə tanış olub. O, Britaniyanın Nigeriyada yaşayan islam tayfalarına qarşı mübarizəsini də pisləyib.

Alim Uorren Dokterin fikrincə, Çörçil islamı qəbul etməyə ciddi baxmayıb.

Uinston Çörçill 1-ci dünya müharibəsi zamanı Osmanlı imperiyasının dağıdılması və ərəb ölkələrinin yaradılması üçün çox çalışıb. 1940-cı ildə Çörçill Londonda məscidin tikintisinə icazə verib. O, hesab edib ki, 2-cü dünya müharibəsində islam dövlətlərinin dəstəyini yalnız bu yolla ala bilər.