Afaq Bəşirqızı danışdı-EKSKLÜZIV

1 Oktyabr 2012 07:58 (UTC+04:00)
"Mənim üçün heç bir təbəqənin əhəmiyyəti yoxdur. Mənim üçün xalqım və millətim var. Bu günüm üçün xalqıma minnətdaram". Bunu AzNews.az-a xalq artisti, səhnəmizim gülüş ustası Afaq Bəşirqızı eksklüziv olaraq söylədi.

"Mən çox yaxşıyam. Artıq ayaq üstə gəzə bilirəm. Allah, qoysa yaxın zamanlarda buranı tərk edəcəm. O ki qaldı yanıma kimlərin gəlməsinə, bu barədə danışmaq mənə yaraşmaz. Xalqımın duaları məni ikinci dəfə həyata qaytardı. Bunun üçün Allahıma borcluyam. Mənim xalqıma minnətdarlığımı və ona olan sevgimi AzNews.az vasitəsiylə çatdırın".

Xatırladaq ki, aktrisa sentyabrın 24-də Neftçilər Xəstəxanasında ürəyindən əməliyyat olunub. Qeyd edək ki, aktirisa 7 saat əməliyyat masasında olub.

Bahar Rüstəmli
AzNews.az