Tibb Universitetinin yeni korpusu yanğın - Xəsarət alan var- YENİLƏNİB - FOTO- VIDEO

1 Oktyabr 2012 06:50 (UTC+04:00)
Azərbaycan Tibb Universitetinin yeni tikilən korpusunda yanğın baş verib. Ə. Qarayev adına 2 saylı Uşaq Xəstəxanasının həyətində universitetin Cərrahiyyə Fakültəsi üçün tikilən yeni korpusunun ikinci və 4-cü mərtəbələrində yanğın başlayıb. Hazırda yanğınsöndürənlər hadisə yerində yanğını söndürməyə çalışırlar.

Qeyd edək ki, hazırda əməkdaşlarımız hadisə yerindədir. Yaxın dəqiqələrdə yanğın barədə ətraflı məlumat verəcəyik.

***

Bu dəqiqələrdə hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov da hadisə yerinə gəlib.

**

Əməkdaçımızın məlumatına görə, yanğın Azərbaycan Tibb Universitetinin yeni tikilən cərrahiyə şöbəsində baş verib.

Qeyd edək ki, tikinti hələ başa çatmayıb. Yanğın binanın 13-cü mərtəbəsində başlayıb və 8-ci mərtəbəyə kimi yayılıb. Yanğının baş verməsinə səbəb aparılan qaynaq işləri olub.

Ancaq təcili tibbi yardım biriqadasının verdiyi məlumata görə, 1 nəfər xəsarət alıb. Həmin şəxs binada çalışan fəhlələrdən biridir. Onun xəsarət almasına yanğının söndürülməsi zamanı yaranan tüstü səbəb olub.



AzNews.az