Milli məclis Səfərovla bağlı müraciət qəbul etdı

1 Oktyabr 2012 08:10 (UTC+04:00)
Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla bağlı məsələ müzakirə olunub. APA-nın məlumatına görə, mövzu barədə spiker Oqtay Əsədov danışıb.

O, R. Səfərovun yerli və beynəlxalq konvensiyalara uyğun şəkildə Azərbaycana ekstradisiya olunduğunu vurğulayıb: "Erməni tərəfi bu məsələni gündəmdə saxlamaqla "status-kvo"nun qalmasını istəyirlər. Bu isə yolverilməzdir. AŞPA-nın toplantısında erməni tərəfinə bizim prezidentin saytına baxdıqları üçün təşəkkür etdim və əlavə etdim ki, öz prezidentinizin də saytına baxınlar".

O. Əsədovun təklifi ilə MM-də beynəlxalq təşkilatlara müraciətlərin qəbul olunması üçün komissiya yaradılması qərara alınıb.

AzNews.az