Ata öz oğlunu öldürdü
1 Yanvar 2015 17:51 (UTC+04:00)
AzNews.az xəbər verir ki, hadisə Moskvanın cənub-şərqində Maryino rayonunda baş verib.
57 yaşlı ata Yeni il bayramanı qeyd etmək üçün 35 yaşlı oğlunun evinə gəlib. Yemək zamanı onlar arasında mübahisə baş verib.
Oğul masanın üstündəki bıçaqla atasının qarnına zərbə vurub. Ata isə oğlunun əlindən bıçağı alaraq ona 5 zərbə endirib. Nəticədə oğul ölüb.
Qatil hazırda müalicə edilir.
Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, yaxın zamanlarda ataya qarşı cinayət işi açılacaq.
AzNews.az