Belarusda ilk dəfə Putinin çıxışı efirə verilmədi - VİDEO

1 Yanvar 2015 19:27 (UTC+04:00)



AzNews.az xəbər verir ki, bu haqda məlumatı Belarusun "Bizim niva" qəzeti yayıb.
Məlumatda deyilir ki, Putinin çıxışının yerində Belarus prezidenti Aleksandr Lukaşenkonun təbriki efirə verilib.

Qəzet yazıb ki, hər il dekabrın 31-də Yeni il axşamı Belarus telekanallarında öncə Rusiya dövlət başçısının, sonra isə Belarus rəhbərinin bayram təbriki verilirmiş.
Qeyd edək ki, Lukaşenko öz təbrikini Belarus dili əvəzinə rus dilində çatdırıb.