Tunisdə 3 polisin təcavüz qalmaqalı

1 Oktyabr 2012 04:01 (UTC+04:00)


Tunisdə 3 polisin təcavüzünə məruz qalan gənc qızla bağlı qalmaqal ölkədə böyük əks-səda doğurub. Maraqlıdır ki, təcavüz qurbanı olan qız "ictimai yerdə əxlaqsız davranma" maddəsilə mühakimə ediləcək.

Ötən ay baş verən hadisədə 3 polis əməkdaşı parkda gənc qızın nişanlısı ilə "yaxınlaşmasını" bəhanə gətirərək qızı qandallayıb polis maşınına mindirib. Bundan sonra tək qalan qıza hər 3 polisin təcavüz etdiyi iddia olunub.

Ölkədə qalmaqal yaradan hadisədə plolislərin ittiham ediləcəyi gözlənilsə də bunun tam əksi baş verib. Ədliyə Nazirliyi qızın təcavüz qurbanı olduğunu, ancaq bununla yanaşı əxlaqsızlıq maddəsi ilə ittiham ediləcəyini vurğulayan açıqlama yayıb. Daxili İşlər Nazirliyi də Ədliyyə Nazirliyinin fikrini bölüşsə də, qadın hüquqları naziri Sinəm Badi tamamilə fərqli mövqe nümayiş etdirirb. Qadın nazir gənc qızın müdafiəsinə qalxaraq məhkəməni ədalətli qərar verməyə çağırıb.

E.Əlosmanqızı
AzNews.az